İlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.
Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.
Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün iki müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.
Prezident İlham Əliyevə, həmçinin məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeddinci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı dördə çatdırılıb. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində "20 Yanvar" dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə bir hərəkət zolağı enində genişləndirilib.
Qeyd edək ki, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
11:30
Prezident İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

İlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO/VİDEO

Siyasi       Tarix: 22 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler