İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.
Biz Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.
İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun