İlham Əliyev: "Bugünkü könüllülər sabahın rəhbərləridir"

İlham Əliyev: "Bugünkü könüllülər sabahın rəhbərləridir"Bugünkü könüllülər sabahın rəhbərləridir.
Open.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Mən çox şadam ki, "ASAN xidmət" mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi "ASAN xidmət" mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət"dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. "ASAN xidmət"dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il "Könüllülər ili" elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.
Beləliklə, gənclər "ASAN Həyat", "ASAN xidmət" mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma "ASAN xidmət" mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, "ASAN xidmət" Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır.
Biz əməkdaşlığa açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə ölkə ilə bu mərkəzlərin o ölkələrdə yaradılması ilə əlaqədar işlər görmüşük və müvafiq addımlar da atılıb. Növbəti mərhələdə həm bu il, həm gələn il bölgələrdə, Bakı şəhərində yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Hazırda Bakıda beş mərkəz fəaliyyət göstərir. Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. "ASAN xidmət" fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə.
Nəzərə alsaq ki, "ASAN xidmət"in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki "ASAN xidmət" öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir.
Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.
Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.
Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq".

Hadisə       Tarix: 05 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Məşhur aktrisa vəfat etdi

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib. xəbər verir ki, aktrisa 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O

Bakıda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətində

Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı

Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb. KONKRET.azAPA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb

Bakıda BMV klinikaya çırpıldı - Foto

Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMV və "Hunday" markalı avtomobillər toqquşub. Zərbənin təsirində

Masallıda şəhid atası vəfat edib - Foto

Masallı rayonunda şəhid Bəşir Nuriyevin atası vəfat edib. -a istinadən xəbər verir ki, vəfat edən şəxs rayonun Binə Xocavar kənd sakini Nuru Nuriyevdir. Qeyd edək ki, Bəşir Nuriyev I Qarabağ müharibəsi zamanı 1994-cü ild

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. -a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illə

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. KONKRET.azxəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib. Deqədi-Astara istiqamətində hərəkətdə olan "Qazel" markalı marşrut avtobusu Deqədi kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər azerbaycan son xeber bugun son xabarlar