Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMABanklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə, faiz dərəcəsinə, ayrılan məbləğə və girov və ya zamin tələbinə təsiri maraq doğuran məsələlərdəndir.
Bəs sığortaya razılıq verən şəxslər banklardan daha əlverişli kredit şərtləri əldə edə bilərlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda hazırda kredit sığortası mexanizmi mövcud deyil. Onun sözlərinə görə, hazırda müzakirə olunan əsas məsələ işsizlikdən sığortanın tətbiqidir.

Ekspert qeyd edib ki, nəzərdə tutulan mexanizmə əsasən, borcalan iş yerini itirdiyi halda onun kredit öhdəliyinin müəyyən müddət ərzində sığorta şirkəti tərəfindən qarşılanması gözlənilir:
"Hazırda bu mexanizmin necə işləyəcəyi, borcun tam ödəniləcəyi, yoxsa müəyyən müddət ərzində qarşılanacağı dəqiq deyil. Lakin gözlənti ondan ibarətdir ki, belə sığorta mexanizmi tətbiq olunarsa, banklar həmin şəxslərə kredit verməkdə daha rahat davranacaqlar. Hətta kreditlərin faiz dərəcələrinin aşağı salınmasına da təsir göstərə bilər".
Ə.Həsənovun fikrincə, işsizlikdən sığorta mexanizminin tətbiqi kredit faizləri ilə yanaşı, girov və zamin tələblərinə də təsir göstərər.
"Sağlam məntiqlə belə də olmalıdır. Çünki borcalanın işsiz qalması halında kredit öhdəliyinin sığorta hesabına qarşılanması bankın risklərini azaldır. Bu da öz növbəsində kreditin daha asan verilməsinə, faizlərin aşağı düşməsinə, girov və zamin tələblərinin yumşalmasına şərait yarada bilər", – deyə iqtisadçı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 11 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Xəzərdə böyük oyun: Nə baş verir?

Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazd

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Evdə saxladığınız pullarla bağlı vacib xəbər - Banklar bunu pulsuz edir

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasları


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber son xəbər xeberler bugun kriminal xeber