İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul etdi
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
Azxeber.com xəbər verir ki, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı