İlham Əliyev Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB / FOTO
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış olublar.
KONKRET.az xəbər verir ki, dövlətimizin başçısına "TEXNOPARK" barədə məlumat verilib. Bildirilib ki, "TEXNOPARK" MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. "TEXNOPARK" yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. "TEXNOPARK" MMC-nin sahəsi 103 hektardan artıqdır.
Dövlətimiz başçısı burada istehsal olunan sənayə, texniki, elektron, inşaat və məişət məhsullarına baxıb
Bildirilib ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan "TEXNOPARK" MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir. 2022-ci ildə burada yeni sənaye avadanlıqlarının istehsalı, avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması nəzərdə tutulub.
"TEXNOPARK" MMC-də 16 sənaye istiqaməti birləşib. Burada, həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.
19:11
Bu gün Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış olublar.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?