İlham Əliyev Düşənbədə "EKSPO Mərkəzi Asiya 2023" sərgisi ilə tanış olub

İlham Əliyev Düşənbədə Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki "EKSPO Mərkəzi Asiya 2023" sərgisi ilə tanış olublar.
Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.
Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.
Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.
Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.
Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.
Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.
Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.
Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkldaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir. / azxeber.com

Siyasi       Tarix: 15 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun en son xəbərlər bugün dunya xeberleri bugünki xəbərlər