İlham Əliyev: "Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik"
İlham Əliyev: "Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik"
"Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir".
Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada, Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalının açılışında çıxış edərkən deyib.
"Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - Prezident bildirib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar