İlham Əliyev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTOİlham Əliyev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Hildi Hamid deyib:
"Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm".
Səfiri salamlayan Prezident İlham Əliyev deyib:
"Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Xahiş edirəm mənim də ən xoş salamlarımı cənab Prezident Coko Vidodoya çatdırın. Mən bizim əməkdaşlıqda sürətli inkişafı görəcəyimə ümid edirəm. Siz də qeyd etdiyiniz kimi, iqtisadi sahədə daha mühüm tərəfdaşlıq istiqamətlərini müəyyən etmək üçün bizim çox böyük potensialımız var. Əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün güclü siyasi əlaqələr çox faydalı olacaq. Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik. Sözsüz ki, biz səylərimizi Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində koordinasiya edirik. Biz Qoşulmama Hərəkatında təşəbbüslərimizə dəstək nümayiş etdirdiyinə görə İndoneziyaya minnətdarıq.
Bildiyiniz kimi, Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.
Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır.
Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik".
Səfir Hildi Hamid: "Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm".
11:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
İlham Əliyev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 16 fevral 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı