İlham Əliyev: "İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq

İlham Əliyev: "İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaqİlham Əliyev: "İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq"
İrəvan danışıqlar prosesində konstruktiv davranacağı halda, Bakı hərbi əməliyyatları qısa müddətdə dayandırmağa hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a müsahibəsində söyləyıb.
"Vəziyyətin hələ də qaynar mərhələdə olması bizim günahımız deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan uzunmüddətli danışıqlar prosesi ilə hazırlanan tənzimlənmə prinsiplərinə sadiqdir. Əgər Ermənistan danışıqlar prosesində konstruktiv davranarsa, biz günü sabah hərbi fəaliyyətləri dayandırmağa hazırıq, ancaq bizim İrəvandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış baza prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir", - deyə İlham Əliyev Moskvada razılaşdırılmış atəşkəsə qayıtmaq şansı görüb-görməməsi yoxsa atəşkəsin tamamilə pozulması ilə bağlı suala cavabında bildirib.
Dövlət başçısı eyni zamanda danışıqlar prosesinin pozulmasında erməni tərəfinin məsuliyyət daşıdığını qeyd edib.
"Bu yaxınlarda Ermənistan rəhbərliyi yenidən faktiki olaraq baza prinsipləri rədd edən çox təhlükəli bəyanatlarla çıxış etdi. Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesini pozmağa yönəlmişdi. Mən artıq onların çoxsaylı bəyanatları, təxribat xarakterli fəaliyyətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi nəhayət hərbi təxribatlar yolunun onları fəlakətə aparacağını başa düşərsə, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masasında həll etməyə hazırıq", - deyə İlham Əliyev qeyd edib.
Ölkə başçısı həmçinin Bakının tərəfdaşları ilə təmaslar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb.
"Əvvəldən də, münaqişənin həlli üçün aparılan danışıqlar prosesində də biz hər zaman beynəlxalq hüquqa və münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizə əsaslanmışıq. Azərbaycanın Moskvadakı danışıqlardan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdıq. Ancaq təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu – heç 24 saat keçmədən yuxuda olan Gəncə şəhərinə hücum edildi", - deyə Prezident bildirib.
Azərbaycan Prezidentinin sözlərinə görə, zərbə bilərəkdən yaşayış məntəqələrinə vurulub və ilk hücumdan sonra çox sayda ölü və yaralılar olub.
"Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu və bununla da vasitəçilərə və Moskvada bu qədər uzun danışıqlardan sonra üzərinə götürdüyü öhdəliklərinə hörmətsizlik göstərdi.
Əsirləri və ölənlərin cəsədlərinin mübadiləsi məqsədilə atəşkəsin şərtlərinin razılaşdırılmasından sonra Ermənistan atəşkəs rejimini döyüş meydanında da pozdu. Ancaq görünür bu onlara kifayət etməyib və onlar Gəncə şəhərinə hücum ediblər.
Yeri gəlmişkən, iki gün əvvəl gecə onlar yenidən bunu etdilər. Bu çox alçaq cinayətdir, bu beynəlxalq terrorizmdir. Dünya ictimaiyyətinin bu qanlı cinayəti yekdilliklə qınaması ondan xəbər verir ki, onlar bundan sadəcə belə yaxa qurtara bilməyəcəklər", - Prezident bildirib. /oxu.az

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər