İlham Əliyev İslamabadda hərbi sərgi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda (NASTP) hərbi sərgi ilə tanış olub.
Dövlət başçısına sərgi haqqında məlumat verildi.
Bildirildi ki, müxtəlif bölmələrdən ibarət sərginin "NASTP Alpha" hissəsində Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilir. Bu bölmədə, həmçinin "NASTP PSDP", Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir. NASTP özündə İnkişaf etməkdə olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST) bir neçə imza təlim mərkəzini, eyni zamanda, İnkişaf Edən Texnologiyalar və Sistemlər Məktəbini birləşdirir. Sərginin "NASTP Alpha" hissəsində Aviasiya Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir.
NASTP Aviasiya Akademiyası "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nın qabaqcıl layihəsi olmaqla dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilmək niyyətindədir.
Sərginin "Alpha Techno" guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunur. / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu bağçanı bit basıb?
Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər
Bu yolda hərəkət məhdudlaşdırılacaq