İlham Əliyev polşalı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.
İnanıram ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Xidmetler [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi