İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə Partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir.
Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək "Türkiye Yüzyılı" baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir.
Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu. Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub.
Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.
Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram". / azxeber.com

Siyasi       Tarix: 08 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeberler hava durumu azerbaycan son xeber bugun son xabar