İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.
azxeber.com xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirdi, Serbiyaya səfərini məmnunluqla xatırladı.
İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd etdi.
Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Qonaq ilk növbədə Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edildi, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulandı, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulandı.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ