İlham Əliyev: "Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız"

İlham Əliyev: "Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız""Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır".
Open.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova "Şərəf" ordenini təqdim edərkən deyib.
"Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünki muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü büruzə verir. Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda onların səhvlərini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər", - dövlət başçısı qeyd edib. /open.az

Şou Biznes       Tarix: 13 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü


son xeberler azerbaycan xeberleri yeni xeberler dunyada son xeberler cəbhədən son dəqiqə idman xeberleri son.xeberler