İlham Əliyev Vladimir Putinə zəng etdi
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim "Yedinaya Rossiya" Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etmişdir.
Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirmişdir.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.
Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.
Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirmişdir.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı