İlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO

İlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı "Xırdalan" yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, 220/110/10 kilovoltluq "Xırdalan" yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.
Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyasını işə saldı.
Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.
Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni "Xırdalan" yarımstansiyası da tikilib.
Prezident İlham Əliyev bu yarımstansiyanı da işə saldı.
Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.
Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən "Azərişıq" ASC-nin idarəetmə mərkəzi ilə əlaqəni özündə əks etdirən məsafədən idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarətdir.
İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldikdə, Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün "Tərtər" yarımstansiyasından "Suqovuşan" yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovoltluq elektrik verilişi xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.
Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi cəhətdən fərqli il olmasına baxmayaraq, Prezident İlham Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə olduğu kimi, energetika sahəsində həyata keçirilən layihələr də təxirə salınmayıb.
16:24
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı "Xırdalan" yarımstansiyasında yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, 220/110/10 kilovoltluq "Xırdalan" yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.
Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq "Xırdalan" yarımstansiyasını işə salıb.
Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verilib.
Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.

İlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev "Xırdalan" yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO

Siyasi       Tarix: 02 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler