İlham Əliyevdən Bakıdakı tikinti işləri ilə bağlı SƏRT XƏBƏRDARLIQ

İlham Əliyevdən Bakıdakı tikinti işləri ilə bağlı SƏRT XƏBƏRDARLIQİlham Əliyevdən Bakıdakı tikinti işləri ilə bağlı SƏRT XƏBƏRDARLIQ
Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. 
Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.
"Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar.
Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur", - Prezident bildirib. 
Onun sözlərinə görə, bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir:
"Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz.
Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq.
Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq". /oxu.az

Siyasi       Tarix: 08 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Bu səfərlərin çox böyük siyasi mənası var

"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansler

Ruslar Putini görmək istəmirlər - NƏTİCƏLƏR AÇIQLANDI

Rusiyada Prezident Vladimir Putinin fəaliyyətini dəstəkləyənlərin sayı son üç ilin ən aşağı səviyyəsinə enib. KONKRET.azxəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan İctimai Rəy Fondunun (FOM) açıqladığı nəticələrə əsasən

Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA

Müctəba Xamenei İrandan kənarda olduğu müddətdə Tehranda hakimiyyət uğrunda mübarizə yeni səviyyəyə qalxır. İsrail təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə, İranın ali lideri Müctəba Xamenei ölkə rəhbərliyi daxilind

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ

Rusiya Türkiyənin beş şirkətindən ərik, albalı, gilas, şaftalı və nektarin idxalına məhdudiyyət tətbiq edib. xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Bildirili

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımd

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,

Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.   xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüy

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 17-20-si tarixlərində Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə qarşı törədilən hücumlarla bağlı şərh verib. xəbər verir ki, bəyanatda iyulu


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri axsam az xeberler valyuta məzənnələri cəbhədən xəbərlər