İlham Əliyevi təbrik edirlər

İlham Əliyevi təbrik edirlər İlham Əliyevi təbrik edirlər
Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə həyat yoldaşım İmantsın adından və öz adımdan ən xoş təbriklərimizi və arzularımızı qəbul etməyinizi xahiş edirəm. Sizə daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edir, xalqınızın sevgisi və dəstəyindən zövq almağı diləyirəm.
Sizin builki doğum gününüz doğma vətəniniz Azərbaycanın uzun müddət işğal altında qalan torpaqlarının azad olunması ilə eyni dövrə təsadüf edir. Fürsətdən istifadə edərək, ali rəhbərliyiniz və Silahlı Qüvvələrinizin şücaəti sayəsində qazandığınız şanlı Qələbə münasibətilə Sizi bir daha təbrik edirəm.
İşğaldan azad etdiyiniz şəhər və kəndlərin yenidən qurulması, torpaqların istifadəyə hazırlanması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi qarşınızda duran vəzifələrin də uğurla yerinə yetirilməsində Sizə nailiyyətlər diləyirəm. Əminik ki, dağıdılmış tarixi və mədəni abidələr Sizin fədakar səyləriniz sayəsində bərpa olunaraq bütün dünyaya nümayiş etdiriləcək.
Həmsədrimiz İsmayıl Serageldinin və Qəyyumlar Şurasının üzvlərinin təbriklərinə qoşularaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm.
Məhz Sizin bizə və missiyamıza etimadınız sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya şəraitində yaşadığımız 2020-ci ildə sanballı nailiyyətlər əldə edib. Beynəlxalq səfərlərin və üzbəüz görüşlərin qeyri-mümkün olduğu bir zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əvvəlki illərdən fərqli olaraq çoxlu sayda həm yüksək səviyyəli onlayn görüşlərin təşkilatçısı, həm də iştirakçısı olub. BMT, Ümumdünya Elm və İncəsənət Akademiyası kimi nüfuzlu təşkilatlardan tutmuş Avropa İttifaqı ölkələri və Çinlə, eləcə də onların aparıcı institutları ilə fəal tərəfdaşlıq etmişik.
Şəxsən mən bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə əvvəlki illərlə müqayisədə daha çox vaxt sərf etmişəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə daha da artan səmərəli fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunun yüksəlməsinə və onun dünyada maraq doğuran məsələlərdə daim yeni dostlar və tərəfdaşlar qazanmasına töhfə verməkdədir.
Cənab Prezident, bir daha Sizə ən yüksək ehtiramımı bildirirəm".
Bundan başqa, Latviyanın sabiq Prezidenti Valdis Zatlers Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib:
"Hörmətli Prezident İlham Əliyev.
Hər insanın doğulduğu gündən onun həyatını əks etdirən bir sıra çox vacib münasibətləri olur. Bunlardan birincisi, ana və ata ilə olan münasibətlərdir. Valideynlər insanın təməl şəxsiyyətini formalaşdırmağa kömək edirlər.
Sizin həyat müdrikliyinə malik dahi valideynləriniz olub. Bu əlamətdar gündə valideynlərinizə ən səmimi minnətdarlığımı bildirirəm.
İkinci vacib münasibət xalqınızla olan münasibətinizdir. Siz xalqınızın müdrik, məsuliyyətli və qətiyyətli liderinə çevrilmisiniz. Bu, Sizin misilsiz istedadınızın və uzun illərdir həyata keçirdiyiniz nəcib fəaliyyətinizin bariz təcəssümüdür. Sizin fəaliyyətinizə və uğurlarınıza heyranam.
Üçüncü vacib münasibət isə dostlarla olan münasibətdir. On ildən çox müddətdir ki, Sizinlə etibarlı dost olmaqdan böyük şərəf hissi duyuram. Bununla çox qürur duyur və sevinirəm.
Əziz Prezident, bu gün Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və hikmət dolu uzun fəal illər arzulayıram". /oxu.az

Siyasi       Tarix: 23 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026