İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir?

İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir?Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra mövzulara toxunub.
Prezident Xankəndi şəhərinin mərkəzindəki inzibati binanın erməni separatçıların yuvasına çevirilməsindən də bəhs edib:
"O meydanın başında yerləşən, – onu da deməliyəm ki, səhv etmirəmsə, Həsən Məcidov adlı bir Azərbaycan memarı, həmin o "Apkom" deyilən binanın müəllifi olmuşdur, – həmin o binada Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olduq".
Prezidentin adını çəkdiyi memar Həsən Məcidov kim olub?
KONKRET.az xəbər verir ki, Həsənağa (Həsən) Əli oğlu Məcidov 12 dekabr 1914-cü ildə Bakıda sənətkar ailəsində doğulub. Orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirib. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləyib.
Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılıb və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılıb. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərib, bir sıra binalarının layihələrini işləyib hazırlayıb. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olub.
Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olub.
Onun layihəsi əsasında 1960-cı ildə hazırkı Muzey Mərkəzi tikilib.
Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olub – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası, keçmiş Dzerjinski adına mədəniyyət sarayı və s.
H.Məcidov 1959-1960-cı illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri işləyib. 1960-cı ildə ona Azərbaycan SSR əməkdar inşaatçısı fəxri adı verilib.
Memar 11 yanvar 1978-ci ildə Bakıda vəfat edib.
Hazırda Bakının Yasamal rayonunda Həsən Məcidov adına küçə var.Modern.az

Siyasi       Tarix: 11 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri valyuta mezennesi banklar ən son xeberler axsam.az xeberler