İlham Əliyevin çıxışı regionda sülhə və əməkdaşlığa verilən önəmin göstəricisidir

İlham Əliyevin çıxışı regionda sülhə və əməkdaşlığa verilən önəmin göstəricisidirAzərbaycan Prezidenti İlham Əliyevin 4 may 2026-cı il tarixində Avropa Siyasi Birliyi Zirvəsinin 8-ci toplantısında videobağlantı formatında etdiyi çıxış regionda baş verən siyasi proseslərin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Son dövrlərdə qarşılıqlı etimadın gücləndirilməsi, dialoqun genişlənməsi və praktiki addımların atılması regionda yeni siyasi reallıqlar formalaşdırır. Dövlət başçısının "Azərbaycan və Ermənistan arasında sülh artıq reallığa çevrilməkdədir və biz bu prosesi ardıcıl şəkildə irəli aparmaq əzmindəyik" fikri Azərbaycanın sülh gündəliyinə sadiqliyini açıq şəkildə nümayiş etdirir.
Müasir dövrdə regional sabitliyin yalnız siyasi bəyanatlarla deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı layihələrlə möhkəmləndiyi danılmaz faktdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni nəqliyyat və ticarət imkanlarının açılması region ölkələri arasında əməkdaşlığın genişlənməsinə və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Bu yanaşma həm region xalqlarının rifahına, həm də uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verə bilər.
Çıxış zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun xüsusi qeyd olunması da diqqət çəkən məqamlardan biridir. Bu gün Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təminatında mühüm yer tutur. Ölkəmizin həyata keçirdiyi enerji layihələri təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Bütövlükdə Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı Azərbaycanın regionda sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi mesajlar Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Nəzmi Musayev
Göygöl RMX PHŞ Reanimasiya şöbəsinin müdiri                                                                                                                                / azxeber.com

Siyasi       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri