İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - Fotolar

İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarPrezident İlham Əliyevin yerli televiziya kanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq şəkildə bəyan etməsi yalnız ölkə daxilində deyil, eyni zamanda, Türkiyə ictimaiyyətində də diqqətlə izlənilib və bütövlükdə müsbət qarşılanıb.
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, dövlət başçısının bu bəyanatı Türkiyənin sosial media platformalarında və ictimai müzakirə mühitində geniş rezonans doğurub.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarSosial mediada Azərbaycan Prezidentinin mövqeyini təqdir edən xeyli sayta paylaşım edilib.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarBu paylaşımlardan və onlara yazılan şərhlərdən aydın olur ki, İsrail-Fələstin məsələsi, eləcə də Qəzza ilə bağlı Azərbaycanın tutduğu mövqeyə əvvəlki tənqidi yanaşmalar xeyli zəifləyib, Türkiyə ictimai fikrində dəyişiklik baş verib.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarBu reaksiya həm də onu göstərir ki, Türkiyə ictimaiyyəti Azərbaycan rəhbərliyinin emosional çağırışlardan uzaq, milli maraqlara söykənən və məsuliyyətli xarici siyasətini getdikcə daha aydın şəkildə anlayır və qəbul edir.
Türkiyə ictimai rəyində əsas yanaşmalar
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarAparılan müşahidələr göstərir ki, Türkiyədəki sosial şəbəkə istifadəçilərinin əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin açıqlamasını prinsipial, realist və milli maraqlara söykənən siyasi mövqe kimi qiymətləndirir. Xüsusilə "Facebook" "X", "Instagram" və "YouTube" platformalarında edilən paylaşımlarda aşağıdakı məqamlar ön plana çıxıb:
– Azərbaycanın emosional deyil, dövlət maraqlarına əsaslanan xarici siyasət yürütməsi;
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - Fotolar– Regiondan kənar münaqişələrdə birbaşa hərbi iştirakdan yayınaraq, balanslı və məsuliyyətli mövqe sərgiləməsi;
– Humanitar məsələlərlə siyasi-hərbi öhdəliklərin bir-birindən fərqləndirilməsi.
Bir çox istifadəçi qeyd edib ki, Qəzza məsələsində humanitar dəstək və diplomatik mövqe ilə hərbi iştirakın qarışdırılmaması dövlətçilik baxımından doğru yanaşmadır.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarLiderlik və qətiyyət vurğusu
Sosial şəbəkələrin Türkiyə seqmentində paylaşımların bir hissəsində Prezident İlham Əliyevin adı qətiyyətli liderlik nümunəsi kimi çəkilib. Bəzi şərhlərdə onun açıq və emosiyaya qapılmadan verdiyi cavablar regional liderlər üçün nümunə kimi göstərilib. Sosial şəbəkə istifadəçiləri vurğulayıblar ki, bu mövqe Azərbaycanın suveren qərarvermə qabiliyyətini və müstəqil xarici siyasət kursunu nümayiş etdirir.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarXüsusilə "öz maraqlarını hər şeydən üstün tutan dövlət" yanaşması Türkiyə ictimai rəyində anlayışla qarşılanıb və dəstək tapıb.
Ümumilikdə aparılan araşdırma göstərir ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Türkiyə ictimaiyyətində mənfi reaksiya doğurmayıb, əksinə, böyük ölçüdə hörmət və anlayışla qarşılanıb. Bu, bir daha göstərir ki, Azərbaycan–Türkiyə münasibətlərində emosional gözləntilərdən çox, qarşılıqlı suverenlik və milli maraqlara hörmət əsas meyar kimi qəbul olunur.
İlham Əliyevin Qəzza ilə bağlı mövqeyi Türkiyə gündəmində - FotolarBu yanaşma həm də Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil, ölçülüb-biçilmiş və strateji düşüncəyə əsaslanan siyasət yürütməkdə davam etdiyini nümayiş etdirir.

Siyasi       Tarix: 09 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı