"İlham Əliyevin regiona davamlı sülh gətirmək qətiyyəti xüsusi əhəmiyyət daşıyır' - Deputat

Prezident İlham Əliyev dünənki çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə də  toxunub. O bildirib ki, bu layihə Azərbaycan üçün strateji xarakter daşıyır. Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasına xidmət edir.
Prezident qeyd edib ki, dəhlizin adı ilə bağlı müxtəlif yanaşmalar ola bilər, lakin əsas məsələ onun mahiyyətidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən vacib nəqliyyat xətti olmaqla yanaşı, region üçün yeni imkanlar açacaq. 
Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı müsbət hal mövcuddur:
"Azərbaycan Prezidenti İlham Əliyev xatırlatma edərək bildirdi ki, Zəngəzur dəhlizinin açılmasına mütləq nail olunacaq. Eyni zamanda o, bu prosesin sülh yolu ilə həyata keçirildiyini xüsusi vurğuladı. 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşmadan sonra müsbət dinamikanın müşahidə edilir".
Deputat qeyd edib ki, İlham Əliyevin sülhpərvər mövqeyi və regiona davamlı sülh gətirməkdəki qətiyyəti xüsusi əhəmiyyət daşıyır:
"İlham Əliyevin sülhpərvər mövqeyi və regiona davamlı sülh gətirməkdəki qətiyyəti xüsusi əhəmiyyət daşıyır. İkinci əsas məqam isə Azərbaycanın strateji məqsədlərinə çatması, xüsusilə Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi tarixi hadisə və böyük nailiyyət kimi dəyərləndirilir. Bu layihə həm iqtisadi, həm geoiqtisadi, həm də geosiyasi baxımdan Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanı Ön Asiya və Mərkəzi Asiya ilə birləşdirərək, ölkənin tarixi-coğrafi baxımdan öz təbii mövqeyinə qovuşmasına imkan yaradacaq".
Şahanə Ziyad

Siyasi       Tarix: 06 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı