İlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Foto

Azərbaycanın xalq artisti, Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın rəhbərlik etdiyi və onun adını daşıyan Vokal Musiqi Məktəbində gənc ifaçı Aydın Əliyevin ilk solo-konserti keçirilib. 
Azxeber.com xəbər verir ki, sözügedən məktəbin tələbəsi olan Aydın Əliyev artıq iki ilə yaxındır ki, bu məktəbdə vokal dərsləri alır. Eyni zamanda gənc ifaçı bu məktəbdə fortepianoda peşəkar ifa etmək bacarığını da artırır. 
Konsertdə Aydın Əliyevin ifasında əsasən dünya klassik əsərləri, eyni zamanda Azərbaycanın xalq mahnıları, sonda isə Müslüm Maqomayevin "Azərbaycan" əsəri səslənib. 
Proqramın maraqlı hissələrindən biri də Aydın Əliyevin anası Günay Əliyevanın övladı ilə birgə səhnəyə çıxması, söz müəllifi və bəstəsi özünə məxsus olan "Sevgi yağışı" mahnısını ifa etməsi olub. Ana və balanın adından götürülən qrupa "Günaydın" adı verilib. 
İlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - FotoÖvladının ilk solo konserti ilə bağlı fikirlərini bölüşən Günay Əliyeva, bütün analara səslənərək övladlarına dəstək olmağı tövsiyə edib: "Aydın çox kiçik yaşlarından istedadı ilə seçilirdi. Onun bağçada da hər zaman xüsusi proqramlarda yer alması Aydının incəsənətə bağlı uşaq olduğundan xəbər verirdi. Sözsüz, övladların arzularının gerçəkləşməsi valideynin əsas vəzifə borcudur. Mən də oğlumun istedadını, incəsənətə, klassikaya xüsusi marağını, sevgisini görüb Fidan Hacıyevaya müraciət etdim. Səhnəmizin dəyərli və sevimli sənətkarı da hər zaman olduğu kimi Aydına dəstəyini əsirgəmədi. Bu Musiqi Məktəbindəki yaradıcı mühit həqiqətən də hər bir insana musiqini, klassikanı daha da sevdirir. Aydınla birgə mən də musiqinin, yaradıcı mühitin sehrinə düşdüm və artıq musiqilər yazmağa başladım. Burada ifa etdiyimiz mahnılardan birinin də müəllifi özüməm. Oğlumla birgə səhnəyə çıxmaq və ona arxa-dayaq olmaq mənə böyük zövq yaşadır. Analara səslənərək bildirirəm ki, heç nədən çəkinməyin, əgər balanızda istedad görürsünüzsə lazım gəlsə özünüz də oxuyun və ona dəstək olun. Əsas balalarımızın özlərinə xoşbəxt və uğurlu gələcək qurmalarına xidmət etməliyik". 
G.Əliyeva onu da əlavə edib ki, artıq "Günaydın" qrupu olaraq bir neçə mahnı hazırlanıb və bu mahnılardan birinə hazırda klip çəkilişi nəzərdə tutulub: "Aydının gələcəkdə dünya səhnələrində çıxış etməsini arzu edirəm və buna çox inanıram. Balamın təhsilinin "La Skala"da davam etməsini istəyirəm". 
İlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - FotoXalq artisti Fidan Hacıyeva Aydının istedadlı və bacarıqlı gənc olmasından, eyni zamanda musiqiyə olan marağından söz açıb: "Əslində Günay xanımın balasına bu cür dəstək olmasını çox təqdir edirəm. Valideynlərin dəstəyi bu məqamda çox vacibdir. Həqiqətən də Günay xanımın balası ilə birgə səhnəyə çıxması, onunla ifa etməsi bir ananın verə biləcəyi ən böyük dəstəkdir. Mən buna görə Aydının anasını alqışlayıram. Aydının gələcəkdə Azərbaycanın adını layiqincə təmsil edəcəyinə və dünyanın məşhur səhnələrində çıxış edəcəyinə inanıram". 
Gənc ifaçının atası Vüqar Əliyev də övladının ilk solo-konsertində iştirak etməsindən və onun səhnədəki ilk addımlarına dəstək verməsindən məmnunluğunu ifadə edib: "Bu gün Aydın üçün çox özəl bir gündür. Əlbəttə ki, Aydının özəl günü bizim üçün çox önəmlidir. Fidan Hacıyevanın rəhbərliyi ilə Aydın ən gözəl səhnələrdə çıxış edəcək, çünki o, bu sahədə uğur qazanmaq üçün dayanmadan çalışır. Sözsüz, hər uğurun arxasında böyük əzm və zəhmət, eyni zamanda valideyn dəstəyi dayanır. Biz valideyn olaraq Aydına hər zaman dəstək olacağıq. Oğluma hər zaman uğurlar diləyirəm". 
İlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - FotoKonsertin sonunda Fidan Hacıyeva və "Günaydın" qrupunun ifasında Müslüm Maqomayevin "Azərbaycan" əsəri səslənib. Günay və Aydın Əliyevlərə gül dəstələri təqdim edilib və bu əlamətdar gün münasibəti ilə hər kəs onları təbrik edib.
Aydının sevgiylə başladığı musiqili yolçuluğu hər an açıq olsun. 

İlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Fotoİlk dəfə ana və balanın adından qrup yaradıldı - 'Günaydın' - Video - Foto

Şou Biznes       Tarix: 08 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az hava cəbhədən son xəbərlər