İlon Mask postunu təhvil verdi: "Twitter"in yeni CEO-su kimdir?
İlon Mask postunu təhvil verdi: "Twitter"in yeni CEO-su kimdir?
"Twitter"i 44 milyard dollara satın alan İlon Mask nəhayət CEO kreslosunu təhvil verib.
"Twitter"ə qadın direktor təyin edilib.
Yeni CEO ABŞ-də televiziya sahəsində çalışan, eyni zamanda film və kitab yazarı olan Bess Kalbdır. Bess Kalb "The New Yorker" jurnalında jurnalist və televiziya proqramı aparıcısı kimi fəaliyyət göstərir.
Yeni vəzifəsi barədə Kalb öz "Twitter" hesabından açıqlama verib.
"Nəhayət bəyan edə bilərəm: "Twitter"in yeni CEO-su olmaqdan qürur duydum. Açıq desəm, hələ də şokdayam. Çox həyəcanlıyam", - deyə o qeyd edib.
Xatırladaq ki, daha öncə bu barədə danışan Mask "Twitter"də onu əvəzləyəcək şəxslə bağlı maraqlı ifadə işlətmişdi. "Yerimə keçəcək bir axmaq tapanda CEO vəzifəmi tərk edəcəm. Bundan sonra ancaq proqram təminatı və server komandalarını idarə edəcəm", - deyə bildirmişdi.
Qeyd edək ki, Maskın izləyiciləri arasında vəzifəsindən gedib-getməməsi ilə bağlı keçirdiyi sorğuda respondentlərin 57,5 faizi və ya 10 milyondan çox istifadəçi Maskın istefa verməsini istəmişdi.
Mənbə: Haber Global / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR