İmamoğlu 7 il həbsdə qalacaq və Ərdoğan ömürlük PREZİDENT OLACAQ – SENSASİON TƏHLİL

İmamoğlu 7 il həbsdə qalacaq və Ərdoğan ömürlük PREZİDENT OLACAQ – SENSASİON TƏHLİL"Türkiyəni "Sözcü TV", "Halk TV", "NOW" və bu qəbildən olan media qurumlarının propaqandası əsasında qavrayıb, hər dəfə vəcdə gələn bəzi şəxslər yenidən öz yanlış təəssüratları ilə ortadadırlar. Halbuki, bundan əvvəlki proseslərdə, xüsusilə də seçki dövrlərində bənzər halların yaşandığını və nəticələrin həmin şəxslərin nə qədər məhdud vizyona sahib olduqlarını açıq şəkildə ortaya qoyduğunu unutmaq olmaz. Həm də bir yox, bir neçə dəfə…
Bilin və agah olun: Türkiyənin yeganə Prezidenti Rəcəb Tayyib Ərdoğandır və bundan sonra da o olacaq. Heç bir siyasi təlatüm, daxili proses və istər vaxtında, istərsə də vaxtından əvvəl keçiriləcək seçkilər onu iqtidardan sala bilməz".
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, televiziya aparıcısı Turan İbrahimov bidirib.
O, Türkiyədə baş verən son hadisələrlə bağlı sosial media hesabında paylaşdığı yazısında maraqlı və kateqorik təhlillə çıxış edib.
Jurnalistə görə, Ərdoğanın hakimiyyətdən getməsi yalnız onun sağlamlığı və alın yazısı ilə mümkündür. Turan İbrahimov hesab edir ki, Ərdoğan ömrünün sonuna qədər Türkiyəyə rəhbərlik edəcək və hazırda dünyada dörd əsas liderdən biridir: Tramp, Putin, Si Cinpin və Ərdoğan!
Onun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu ətrafında yaşananlar isə, əslində, Türkiyə müxalifətinin, daha dəqiqi, CHP-nin içində baş verən parçalanmanın nəticəsidir. Onun fikrincə, CHP daxilində keçmiş başqan Kamal Kılıçdaroğlu ətrafında birləşənlər, Ankara bələdiyyə başqanı Mansur Yavaş tərəfdarları və İmamoğlu tərəfdarları uzun müddətdir ki, bir-birilə intriqa və mübarizə içindədir. Məqsəd partiyada şəriksiz liderliyi ələ keçirməkdir.
"Bunun üçün bir-birinin "zibilini" ortalığa tökür, hüquq-mühafizə orqanlarına "paslar" verirlər. İmamoğlu ən populyar və ən ambisiyalı fiqur olduğu üçün ondan xilas olmağa çalışırlar", – deyə Turan İbrahimov qeyd edir.
Tanınmış aparıcı bildirir edir ki, son prezident seçkilərində Ərdoğana səs verməyən 50 faizlik seçici kütləsinin küçələrə çıxması, aylarla etiraz etməsi belə heç bir nəticə verməyəcək. Onun fikrincə, İmamoğlu həbs olunacaq və azı 6-7 il həbsxanada qalacaq.
Jurnalist bu proseslərin nəticəsi kimi CHP daxilində ABŞ-dəki qlobalistlərə yaxın olan kəsimin təmizlənəcəyini və partiyanın klassik solçuların nəzarətinə keçəcəyini proqnozlaşdırır. Onun fikrincə, CHP yenə də əsas müxalifət partiyası olaraq qalacaq, lakin bu dəfə daha fərqli və təmkinli mövqedə.
KONKRET.az
İmamoğlu 7 il həbsdə qalacaq və Ərdoğan ömürlük PREZİDENT OLACAQ – SENSASİON TƏHLİL

Siyasi       Tarix: 22 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber cəbhədən yeni xəbərlər şou biznes xəbərləri kriminal xeber