İmişlidə 22 baş qoyun oğurlayan dəstə yaxalandı
İmişli rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, İmişli rayon sakini Röyal Qasımov yanvarın 3-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.
İmişli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Hüseynov, Fəxri Gözəlov və Zaur Yadigarov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Ətraflarında aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslərin ötən il noyabr ayının 21-də vətəndaşa məxsus 2 baş iribuynuzlu heyvanı oğurladığı da məlum olub.
Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib