İmmunitet üçün A vitamini lazımdır – Defisiti, əlamətləri
Koronavirus pandemiyası ilə əlaqədar insanlar C vitamiminə hücum edir, onun immuniteti qaldırdığını düşünür.
Halbuki immunitet üçün ondan da vacib vitamin A-dır.
A vitamini çatışmadıqda qaraciyər xəstəlikləri, immunitet zəifliyi, müxtəlif səpkilər, gözlə bağlı problemlər - dumanlı görmə və s kimi əlamətlər olur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu vitaminin defisiti zəif qidalanma ilə bağlıdır. Xüsusən Asiya ölkələrində düyü ilə qidalanan xalqlarda kəskin defisit olur.
Eləcə də orqanizmdə A vitamininin sovrulması, depolanması pozulanda defisit olur.
Bu hal çeliaki, mədəaltı vəz xəstəlikləri, qaraciyər sirrozu, lyamblyoz, mədə-bağırsaq problemləri zamanı baş verir.
Uzun müddət zülal çatışmazlığı zamanı da bu vitamin çatışmır.
Erkən əlamətləri:
- toyuq korluğu deyilən qaranlıqda gözün adaptasiya olmaması, konyuktivit və göz buynuzunun qalınlaşması - bunu oftalmoloq müayinədə görür
- Dərinin qabıqlanması, soyulması, quruması, qalınlaşması, follikulyar yaralar
- Tənəffüs yollarının infeksiyası
- İmmunitetin kəskin düşməsi, tez-tez xəstələnmə
- Xəstə nə qədər gəncdirsə, bu vitaminin çatışmaması onun üçün daha ağırdır. Uşaqlarda isə hətta boy artımı dayana bilər. Infeksiyalar çox olur
Analiz üçün qanda retinolun miqdarı ölçülür.
Eləcə də göz həkimi gözləri müayinə edərək bu vitaminin defisitini asanlıqla təyin edə bilər. Bu zaman skotometriya və elektroretinoqrafiya müayinəsi aparılır
Nə etməli?
Xüsusi qidalanma ilə tünd yaşıl yarpaqlı göyərti, tərəvəz, kahı, tünd və ya əlvan rəngli meyvələr. Portağal, kök, sarı meyvə-tərəvəz- balqabaq, eləcə də mal qaraciyəri, yumurta sarısı, balıq yağı, süd məhsullarında A vitamini əldə edilir.
Uşaqlara profilaktik doza olaraq 6 aydan bir A vitamini pediatr tərəfindən təyin olunmalıdır
Eləcə də böyüklərdə bu vitamin əskikliyi təyin olunarsa, əlavə preparatı içilməlidir.
A vitamini yağ tərkibli olur.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ