İmmuniteti yüksəltməyin qeyri-adi yolları - MƏSLƏHƏT

İmmuniteti yüksəltməyin qeyri-adi yolları - MƏSLƏHƏTSoyuq aylarda tez-tez xəstələnməməyin yeganə yolu immuniteti möhkəmlətməkdir. Çoxumuz elə bilirik ki, aptekdə immuniteti qaldıran xüsusi dərman var, onu həkim yazmalıdır və yalnız ondan sonra sağalacağıq, səhv fikirdəyik. Belə bir dərman yoxdur. Ümumiyyətlə, immunitet elə bir sistemdir ki, hər professorun belə başı çıxmaz. Çünki o dərəcədə fərqli, mürəkkəbdir.
Milli.Az medicina.az-a istinadən asan gələcək, əslində isə immunitet üçün vacib olan xırda sirləri təqdim edir.
Həftədə 2 dəfə çox dadlı yeməklər yeyin
Ümumiyyətlə, immunitet yeməkdən güc alır. Yeməkləriniz dadlı, ürəyiniz istəyən və faydalı olmalıdır. Sizin həftəlik menyunuzda meyvə, tərəvəz, probiotik, hətta şoraba, ət, kabab olmalıdır. Hər gün dönər yeyib, çay içib, axşam yatmaqla immunitet ac qalır.
Dünya səhiyyə təşkilatı bildirir ki, sutkada 3 dəfə ovcunuza sığan qədər təzə meyvə və giləmeyvə yeməlisiz. Nə qədər bu meyvələr müxtəlif oldu, o qədər yaxşıdır, orqanizm ehtiyat yığır. Vacib deyil bir meyvədən 1-2 kilo alasınız, elə 100 qram da alıb yeyə bilərsiz.
Probiotiklər isə süd məhsullarıdır, hazır probiotik marketlərdə olur, amma siz özünüz təmiz qatıq, kefir içməklə bunu əvəz edə bilərsiz.
Stresə yox, sakitliyə hə
İmmunitetin gözünün düşməni stres, əsəbdir. Alimlər bildirir ki, 1 gün stres, güclü əsəb keçirmək və qışqırmaq immuniteti 14 gün söndürür. İşdə gərginlik, müdiriyyətin tələblərini vaxtında yerinə yetirməmək qorxusu, narazılıq immun hüceyrələrini sanki yorğun salır.
Stresə qarşı davamlı olmaq üçün işboyu sakitləşdirici tənəffüs məşqləri etmək, yoqa ilə məşğul olmaq, sakitləşdirici çay içmək və ya bir yol tapıb o vəziyyətdə sakitləşməyi bacarmalısız. Rahatlaşdırıcı metodlar düşünün.
Şəhərdən kənarda gəzin, təmiz havada olun
İmmunitet D vitamini günəşdən alır. Hazırda hamımzıda bu vitamin əskikdir. D vitamini virus və bakteriyalarla mübarizə aparır, bizim əhvalımızı təyin edir. Harda olursuzsa olun, harda işləyirsizsə işləyin, mütləq həftədə 1 gün şəhərdən kənarda parkda, dəniz qırağında, meşədə açıq havada 3-5 saat sadəcə gəzin. Orqanizmdə D vitamini çox olduqda qripə yoluxmur, yoluxsa da tez sağalır. Bu vitamin kəsmik, pendir, yumurta, balıqda olur. Amma siz təmiz havada gəzməlisiz ki, neqativ emosiyalar getsin, rahatlaşasız.
İsti hamamda soyuq -qaynar su
İsti sauna, hamamda buxarda oturmaq, bədəni tərlətmək, kisələnmək qədimdən sağlamlıq açarıdır. Bədən tərlədikcə virus, bakteriyalar istidən ölür, toksinlər dəri ilə çıxır. Sonra soyuq su ilə duş almaq isə immuniteti oyadır.
Maye qəbulu və yaşıl çay
Orqanizmin hüceyrələri və immun hüceyrələr mayedən təşkil olunub. Təmiz su olmadan onlar yaxşı işləmir. Qara çay əvəzinə isə keyfiyyətli yaşıl çay için. Bu çayda güclü antioksidant vardır ki, bu da sərbəst radikalları zərərsizləşdirir. İmmun sistemin T hüceyrələrinə kömək edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler