İmtahanları uğurlu vermək üçün qida rasionu - FOTO
İmtahanları uğurlu vermək üçün qida rasionu - FOTO
Məktəblilər beyin hüceyrələrinin düzgün işləməsi və imtahanlardan uğurla keçə bilməsi üçün qidalanmalarına fikir verməlidirlər. Bunun üçün onlar tərkibində maqnezium və yavaş karbohidratlar olan qidalardan istifadə etməlidirlər.
Bu barədə rusiyalı dietoloq Anna Lısenko məktəblilərə imtahanqabağı tövsiyələrində bildirib.
Onun sözlərinə görə, ilk növbədə, uşaqların erkən, saat 22.00-dan əvvəl yatması vacibdir. Bu, psixikanın və sinir sisteminin işinə təsir göstərir.
Qidalanma məsələsinə gəldikdə isə mütəxəssisin sözlərinə görə, maqnezium hüceyrələrin düzgün işləməsinə səbəb olur və sinir sisteminin işinə də təsir göstərərək rahatlıq, dinclik verir.
"Maqneziumu B - B6 vitamin qrupu ilə birləşdirmək yaxşı olardı", - deyə o əlavə edib.
Bundan əlavə, o, kifayət qədər miqdarda yavaş karbohidratlar, qarabaşaq yarması, düyü istehlakını tövsiyə edib, həmçinin rasiona tərəvəz və meyvələri daxil etməyi məsləhət görüb.
Rusiya biologiya elmləri namizədi Natalya Polovodova isə güclü psixi gərginlik dövründə uşağa qida rasionunun müxtəlifliyinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, balıq, kəsmik, qoz-fındıq, quru ərik və hətta bir-iki dilim şokolad kimi qidalar beynin fəaliyyətini stimullaşdırır.
Mənbə: URA.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
Bərdədə ağır qəza: qadın öldü