İndi bu sahibkarların taleyi necə olacaq?' - Ekspert DGK-dan açıqlama gözləyir

İndi bu sahibkarların taleyi necə olacaq?' - Ekspert DGK-dan açıqlama gözləyir"Dövlət Gömrük Komitəsi "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna əsaslanaraq gömrük ərazisinə gətirilən pirat və ya kontrafakt malların buraxılışını dayandırmaq hüququna malik olduğunu bildirmişdi. Yəni qurum Çindən və digər ölkələrdən daxil olan, sahibkarlar arasında"brend mallar" kimi tanınan , əslində isə pirat və kontrafakt olan mallara qarşı yumşaq bir münasibət sərgiləmişdi. İndi isə məlum olur ki, DGK artıq bu məsələyə sərt münasibət sərgiləməyə başlayıb".
azxeber.com xəbər verir ki, bu barədə ekspert Osman Gündüz məlumat verib. O qeyd edib ki, böyük bahalaşma qaçılmaz ola bilər. Artıq bu cür malların ölkə ərazisinə gətirilməsinin qadağan edildiyi bildirilir:
"Karqolara da belə malları daşımamaq haqqında göstəriş verilib. Karqolar da müştərilərinə bu haqda məlumatlar göndəriblər. Yəni Çindən mal daşıyan sahibkarlar artıq hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanından və s. istifadə edərək mal gətirə bilməz".
İndi bu sahibkarların taleyi necə olacaq?' - Ekspert DGK-dan açıqlama gözləyirOsman Gündüz bildirib ki, Çindən ölkəyə daxil olan, həmçinin də karqoların indiki anda gətirdiyi malların böyük əksəriyyəti "brend" dir, yəni kontrafaktdir:
"Amma bunun üzərində uzun illərdi ki, ölkədə nəhəng bir biznes şəbəkəsi qurulub. Bu zəncir halqasında Çindən bu malları daşıyan, topdan satan, pərakəndə satan, servisini təşkil edən, anbar xidməti göstərən, pərakəndə satış bazarları və ticarət mağazaları icarəyə verən , on minlərlə işçiləri işə cəlb edən və s. minlərlə sahibkar subyektləri var. Alıcılar, istehlakçılar da uzun illərdi ki, bu şəbəkə üzərindən alış-veriş edirlər. Hazırda anbarlarında, mağazalarında böyük həcmdə bu cür mallar olan sahibkarlar var. İndi bu sahibkarların, ümumiyyətlə bu şəbəkənin taleyi necə olacaq?
İndiki anda daxili-yerli istehsalın olmadığı indiki şəraitdə bu cür sərt yanaşmanın nəticələri öncədən hesablanıbmı? Həm də uzun illər oturuşmuş bu infrastruktur hesabına büdcəyə daxil olan vəsaitləri indi kim ödəyəcək, gömrük daxilolmaları əvvəlki səviyyədə qalacaqmı? Hazırda ölkədə mövcud olan, az sayda insanların daxil olduğu həqiqi brend mağazalarıın büdcəyə ödədikləri vəsait indiki səviyyədə olacaqmı? Görəsən, DGK-də bu məsələlərlə bağlı ağlabatan bir həllər, proqnozlar varmı? Bununla bağlı açıqlamalar maraqlı olardı.
Ümumiyyətlə, bütün bu addımlar ölkədə qiymət artımına təsir etməyəcəkmi? Əlbəttə, DGK-nin da qeyd etdiyi kimi əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə mövcud normalara görə inzibati və cinayət məsuliyyəti yaradır. Amma bunun məhz indiki vəziyyətdə, bu formada tətbiqinin faydası və ziyanını öncədən analiz etmək, təhlillər aparmaq, Yol Xəritəsi hazırlamaq, sahibkarları, həmçinin istehlakçıları və bütün şəbəkəni buna hazırlamaq daha doğru olardı", - deyə ekspert qeyd edib.
İndi bu sahibkarların taleyi necə olacaq?' - Ekspert DGK-dan açıqlama gözləyir

İqtisadiyyat       Tarix: 07 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az son xəbərlər azərbaycanda en son xeberler bu gun ensonxeberler