İndoneziyalı jurnalist: "Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin

İndoneziyalı jurnalist: "Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edinİndoneziyalı jurnalist: "Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin"
İndoneziyanın "The Jakarta Post" qəzetinin müxbiri Viramala Ancaya 31 mart 2020-ci ildə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qondarma rejim tərəfindən təşkil olunması nəzərdə tutulan "prezident" və "parlament" seçkilərini ləğv etməyə çağıran məqalə ilə çıxış edib.
Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, "Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin" adlı məqalədə müəllif sözügedən qondarma rejimin varlığından yalnız ermənilərin xəbərdar olduğunu, Ermənistanın belə hüquqi olaraq bu "ölkəni" tanımadığını bildirir.   
Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı haqqında məlumat verən V. Ancaya bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı və Xocalı soyqırımı barədə geniş bəhs edib.
Jurnalist qondarma rejim tərəfindən "seçkilərin" keçirilməsinin qeyri-qanuni olması ilə yanaşı, ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlara böyük zərər verdiyini vurğulayıb. O, Ermənistanda koronovirus epidemiyasının geniş vüsət aldığı bir dövrdə qeyri-qanuni seçkilərə 300 nəfər müşahidəçi göndərdiyinə diqqət çəkərək, bu halın epidemiyanın Dağlıq Qarabağ bölgəsinə yayılmasına şərait yaratdığını qeyd edib.
V.Ancaya dünyada koronavirus kimi pandemiyanın tüğyan etdiyi bir vaxtda Ermənistan və separatçı rejimin zəif səhiyyə sistemlərini inkişaf etdirmək yerinə, xaricdən silah alınmasına böyük diqqət ayırdıqlarını vurğulayıb.
Məqalədə, həmçinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevə Dağlıq Qarabağdakı erməni icmasının bəzi üzvlərinin ona həmin bölgədən seçilmiş nümayəndə kimi müraciət etdikləri haqqında da bildirilib.
Belə ki, koronavirus epidemiyası nəticəsində bölgədəki erməni əsilli əhalidə yoluxma hallarının çoxalması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olması, tibbi yoxlama avadanlıqlarının və tibb personalının çatışmazlığı, eləcə də, Ermənistan və separatçı rejim tərəfindən bu həqiqətlərin məqsədli şəkildə gizlədilməsinə dair icma rəhbərinin məlumatlandırıldığı qeyd olunub.
O cümlədən, T.Gəncəliyevin Ermənistan tərəfindən işğala son verildikdən sonra Azərbaycanın sözügedən bölgəmizdə səhiyyə infrastrukturunu yenidən bərpa edəcəyini və hər iki icmanın müasir standartlara cavab verən səhiyyə sisteminin imkanlarından faydalanacağını əminliklə ifadə etdiyi vurğulayıb.
Məqalədə koronovirus epidemiyası ilə əlaqədar martın 16-da Nikol Paşinyanın Ermənistanda fövqəladə vəziyyət elan etməsi, o cümlədən, onun və qondarma rejim rəhbərliyinin əhaliyə Ermənistan və Dağlıq Qarabağ arasında səfərləri dayandırmaq barədə çağırışına baxmayaraq, qondarma rejimin 31 mart tarixində "seçkilər" təşkil etməkdə təkid etdiyi bildirilir.
Qondarma rejimin "seçkiləri və namizədləri" haqqında məlumat verən indoneziyalı jurnalist nəticəsindən asılı olmayaraq, separatçı rejimin idarəçiliyinin yenə də İrəvan tərəfindən həyata keçiriləcəyini vurğulayıb.
V.Ancaya qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarının işğalının onlara heç bir faydası olmadığını və bu işğalın onlara yalnız iqtisadi çətinliklər və külli miqdarda dövlət borcunun yaratdığını başa düşməlidir.
Jurnalist erməni silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair BMT-nin müvafiq qətnamələrinə və Azərbaycan tərəfindən Dağlıq Qarabağa yüksək səviyyəli muxtariyyət verilməsinə dair təkliflərinə baxmayaraq, Ermənistan tərəfinin hələ də aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə diqqət çəkib.
Məqalənin yekununda hər iki xalqın əsrlərlə sülh şəraitində yaşadığını bildirən V.Ancaya işğalın Ermənistan tərəfinə faydalı olmadığını və işğala son qoyacağı təqdirdə bunun onun iqtisadi inkişafının və rifahının yüksəlməsinə gətirib çıxaracağını vurğulayıb.
Müəllif qondarma "Dağlıq Qarabağ Respublikasında" 31 mart 2020-ci il tarixində təşkil olunacaq qeyri-qanuni seçkilərin həm sülh, həm insanların sağlamlığı naminə ləğvinin sülh danışıqları yolunda atılacaq vacib konstruktiv addım kimi qiymətləndirilə biləcəyini ifadə edib. /oxu.az

Siyasi       Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun