İndoneziyalı qoca təkbaşına 11 min ağac əkdi - FOTO
İndoneziyalı qoca təkbaşına 11 min ağac əkdi - FOTO
Yava adasının 69 yaşlı sakini Alasan Sadiman adanın mərkəzi hissəsində yerləşən 250 hektar sahədə təkbaşına 11 min ağac əkib.
"Reuters" agentliyi xəbər verir ki, yaşlı kişi buna ömrünün 24 ilini həsr edib.
A.Sadimanın niyyətindən xəbər tutan qonşuları onun psixi pozuntudan əziyyət çəkdiyini zənn ediblər: təbiətsevər kişi böyütdüyü keçiləri ağac qələmləri ilə dəyişib.
Xəbərdə qeyd olunur ki, A.Sadimanın zəhməti sayəsində yanğın nəticəsində yararsız hala düşmüş torpaqlar indi oazisə çevrilib.
"Düşündüm ki, Banyan ağacları əkməsəm, bu yerlərdə quraqlıq olacaq. Bu ağacın çox su ehtiyatı saxladığını müşahidə etdim", - A.Sadiman söyləyib.
Əvvəllər fermerlər bu torpaqlardan ildə bir dəfə məhsul yığırdısa, indi bu ərazidən iki-üç dəfə məhsul götürürlər.
"Ümid edirəm burada insanlar təhlükəsiz və xoşbəxt yaşaya biləcəklər", - deyə A.Sadiman qeyd edib.


Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR