İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ
Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi ürək-damar problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Xüsusilə, yüksək və aşağı qan təzyiqi, ürək çatışmazlığı və ürək ritm pozğunluqları olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, həkim-terapevtlər bildirirlər ki, gün ərzində temperaturun kəskin enib-qalxması damarların daralıb-genişlənməsinə təsir edir və bu, qan təzyiqinin qeyri-sabit olmasına səbəb ola bilər. Eyni zamanda yazda polen və tozların artması tənəffüs yollarına təsir edə bilər. Bu isə qan dövranını çətinləşdirərək ürəyin yükünü artırır.
Həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər yaz fəsli daxil olmamışdan qabaq profilaktik müalicəyə üz tutmalıdırlar.
O, əlavə edib ki, temperatur artdıqca bədəndə maye itkisi artır. Bu, həm yüksək, həm də aşağı təzyiq problemi olan insanlara mənfi təsir edə bilər.
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA