İnsanda yenidən diş çıxaran preparat hazırlandı
Yapon alimləri yeni diş çıxarmaq üçün hazırlanmış dərman preparatını insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
KONKRET.az lent.az-a istinadən bildirir ki, yeni dərman preparatı artıq siçanlar və gəlinciklərdə öz effektivliyini göstərib.
Bu texnologiya təkcə anadangəlmə diş çatışmazlığı olan insanlara deyil, həm də zədə və ya kariyes nəticəsində dişlərini itirmiş və tibbi səbəblərdən protez taxa bilməyənlərə də kömək edəcək.
Dərmanın necə işlədiyi, alimlərin hansı problemlərlə qarşılaşa biləcəyi və bu texnologiyanın implantları əvəz edib-etməyəcəyi hələ tam məlum deyil.
Məlumata görə sentyabrın 1-də Kyoto Universitetinin alimləri dişlərin bərpası üçün dərmanın klinik sınaqlarına başlayıblar. Onlar bir ildən sonra – 2025-ci ilin avqustunda tamamlanacaq. Hər şey plana uyğun getsə, dərman 2030-cu ildə satışa çıxarılacaq.
Tədqiqatda ən azı bir azı dişi itmiş 30-65 yaş arası 30 kişi iştirak edəcək. Sınaqın birinci mərhələsi başa çatdıqdan sonra preparat doğuşdan ən azı dörd dişi əskik olan 2 yaşdan 7 yaşa qədər olan xəstələrdə sınaqdan keçiriləcək.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu