İnsult xəstəliyindən ölüm halları niyə artıb? - ƏTRAFLI

İnsult xəstəliyindən ölüm halları niyə artıb? - ƏTRAFLISon zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olunurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stresdir.
"Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosiyalar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başlıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə pozitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə, könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranının pozulması ağır xəstəliklərə gətirib çıxarır.
İkinci amil isə odur ki, canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, başgicəllənmə varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur", – Əsədov bildirib.
Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:
"Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik, bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədar bütün gün kompüter arxasında olur. Bu da qan dövranının pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stresdən uzaq olmalıdırlar".

Sağlamlıq       Tarix: 28 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler