"İntellektual Klubların IV Gənclər Liqası"nın finalçıları məlumdur - FOTOLAR
Cari ilin 28 sentyabr tarixində elan edilən ölkəninən böyük intellektual turniri – "İntellektual Klubların IV Gənclər Liqası"ndaiştirak üçün ümumilikdə 16-29 yaş aralığında, respublikanın 50 şəhər vərayonundan 500 komandadan ibarət, 4000-dən çox gənc qeydiyyatdan keçib.
azxeber.com xəbər verir ki, ilkin mərhələ olaraq komandalar yaşadıqları şəhər vərayonlarda keçirilən seçim turlarında iştirak etmiş və qalib komandalar regionalzona finalında intellektual mübarizəni davam etdirmək şansı qazanmışdır. 18noyabr tarixində Bakıda keçirilən seçim turunda 100-dən çox komanda arasından ənyaxşı nəticə göstərən 20 komanda final mərhələsinə vəsiqə qazanmışdır. 26noyabr tarixində Quba, Lənkəran, Göyçay, Sabirabad, Qax, Gəncə, Lənkəran vəNaxçıvanda keçirilən regional zona finallarında isə ümumilikdə 102 komandaiştirak etmiş, onlardan yalnız 12 komanda "Böyük Final" mərhələsində iştirakhüququ əldə etmişdir.
Gərgin bilik mübarizəsinin sonunda isə 32 komanda 9-10dekabr tarixlərində Qubada keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər."Böyük Final"da "Nə? Harada? Nə zaman?", "Kviz", "Breyn-Rinq" və "EruditKvartet" oyunları keçiriləcək.
2023-cü il "Heydər Əliyev" ili çərçivəsində keçirilənturnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onlarınasudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi,intellektual potensialı olan gənclərin aşkara çıxarılması və Heydər Əliyev irsibarədə gənclərin maarifləndirilməsidir.
Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraqkeçirilən turnir bugünədək 20 mindən çox gənci əhatə edərək onlarınintellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçinin şəbəkələşməsinə təkanvermişdir.
"İntellektual Klubların IV GənclərLiqası" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AzərbaycanRespublikasının Gənclər Fondu, "Gənclərin Maarifləndirilməsinə Dəstək"İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyatakeçirilir.
"Facebook"sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdənməlumatlı ola bilərsiniz:









Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi