İnvestisiya dəyəri 4,1 milyon manat olan layihə ilə yeni iş yerləri yaradılacaq - FOTO

İnvestisiya dəyəri 4,1 milyon manat olan layihə ilə yeni iş yerləri yaradılacaq - FOTO"Azərbaycan İnvestisiya Şirkəti" ASC 2021-ci ili uğurla yekunlaşdırıb.
İqtisadiyyat Nazirliyindən KONKRET.az-a verilən məlumata əsasən, il ərzində şirkət tərəfindən əsaslı institusional yeniliklər həyata keçirilib.
Buraya biznes proseslərinin təkmilləşdirilməsi vasitəsilə əməliyyat effektivliyinin artırılması, şirkətdə risklərin idarə olunması və komplayns nəzarətinin əsaslı təşkili, layihələrin qiymətləndirilməsi üzrə ikili nəzarətin tətbiqi, maliyyə və vergi uçotu hesabatlığının təkmilləşdirilməsi daxildir. Həmçinin, cari ildə şirkətin yeni investisiya strategiyası və risklərin idarə olunması siyasəti hazırlanıb, təşkilati struktur yenilənib.
2021-ci ildə AİŞ-in sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər.
AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23 faizi kənd təsərrüfatı, 23 faizi qida və içki sənayesi, 13 faizi səhiyyə, 10 faizi yüngül sənaye, 8 faizi ağır sənaye, 8 faizi tikinti və mədən sənayesi, 5 faizi alternativ və bərpa olunan enerji, 5 faizi ənənəvi energetika, 5 faizi isə digər sahələrin payına düşür.
Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən "Balacans Agro Food" MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 milyon manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlili və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.
2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, AİŞ yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin "JTA International", İtaliyanın "Casillo Group", Çexiyanın "CzechTrade" və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ tərəfindən xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də əhəmiyyətli işlər görülüb. Belə ki, portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri tətbiq edilib, habelə daha səmərəli əməliyyat modelinin qurulması və korporativ idarəetmə standartlarının tətbiq edilməsində sahibkarlara dəstək göstərilib.
AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.
AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
İnvestisiya dəyəri 4,1 milyon manat olan layihə ilə yeni iş yerləri yaradılacaq - FOTOBizimlə əlaqə saxlayın

Sosial       Tarix: 06 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 xəbər az qarabag az xeber