İnvestor ola bilərsiniz – "Leobank"ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır

İnvestor ola bilərsiniz – "Unibank"ın mobil bankçılıq xidməti olan Leobank, birbaşa tətbiqin içində investisiya funksiyasını işə salıb.
azxeber.com xəbər verir ki, 600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.
İndi Leobank müştəriləri bunlara investisiya edə bilər:
- dünyaca məşhur ABŞ şirkətlərinə (məsələn, Apple və ya Tesla) və ABŞ fond bazarında siyahıya alınmış ən böyük beynəlxalq kompaniyalara;
- indekslərə (S&P 500 və Dow Jones daxil olmaqla),
-kriptovalyutalara (Bitcoin, Ethereum və s.).
"İnvestisiyalar" xidməti Leobank müştərilərinə bir neçə toxunuşla öz portfelini idarə etmək, eləcə də bazar xəbərlərini birbaşa tətbiqdə izləmək imkanı verir.
Səhmləri almaqla, müştərilər bu şirkətlərin səhmdarları olurlar və səhmlərə sahib olduqları müddət ərzində dividendlər (səhmlərə dividend gözlənilirsə) əldə edirlər. Bir şirkətin səhmlərində qiymət artımı olduqda, müştəri portfeli də öz qiymətini artırır.
Müştərilər Amerika fond bazarının iş saatları ərzində (iş günləri Bakı vaxtı ilə saat 18:30-dan 01:00-a qədər) səhmləri ala və sata bilərlər, eyni zamanda, vaxt məhdudiyyəti olmadan kriptovalyuta ilə ticarət edə bilərlər.
Alış Leobank kartı ilə həyata keçirilir. Səhmlərin və indekslərin alqı-satqısı üçün komissiya 0,5%, kriptovalyutalar - 2% ( 1 manatdan az olmayaraq) təşkil edir.
İnvestisiyaların təhlükəsizliyinə görə isə bank müştəriləri narahat olmaya bilərlər. Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq, "Unicapital" İnvestisiya Şirkəti tərəfindən həyata keçirilir. Əməkdaşlığın təfərrüatları Leobank tətbiqinin "İnvestisiyalar" bölməsində ətraflı təsvir edilib.
İnvestisiya əlavə gəlir gətirə bilər, lakin unutmayın ki, uğur qazanmaq bazarların vəziyyətindən asılıdır.

İqtisadiyyat       Tarix: 09 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az sonxeber az en sonxeber xeberler bugun 2026