İpək Yolu üzərində turizm perspektivləri - "Kaspi"nin ARAŞDIRMASI + FOTO

İpək Yolu üzərində turizm perspektivləri - İpək Yolu üzərində turizm perspektivləri - "Kaspi"nin ARAŞDIRMASI + FOTO
"Müasir İpək Yolu Ortaq Turizm" paketi ilə bağlı razılaşma əldə olunsa da, onun reallaşması ləngiyir. Böyük perspektiv vəd edən layihənin reallaşmasına pandemiya mane olub.
Ölkəmizin mədəni turizm marşrutları sırasına bir neçə il əvvəl Türk Şurası tərəfindən təşkil edilən "Müasir İpək Yolu Ortaq Turizm" paketi də daxil oldu. Türk Şurasının dörd üzv ölkəsini - Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyəni birləşdirən paketin təşkilində əsas məqsəd bu ölkələrin mədəniyyətini təqdim edib, onları dünyaya tanıtmaq, eləcə də turistik marşrutun keçəcəyi regionların iqtisadi inkişafına töhfə vermək idi. Hətta 2023-cü ilə qədər bu marşrutdan istifadə edən turistlərin sayının bir milyona çatacağına ümid də vardı. Turistik layihə İstanbulda başlayıb Bişkekdə başa çatmalı, Azərbaycan üzrə Bakı, Qobustan, Şəki, Şamaxı, Gəncə və Naxçıvandan keçməli idi.
Təəssüf ki, təntənə ilə təqdimatı keçirilən, hətta media işçiləri və turizm nümayəndələri üçün ilkin sınaq turları baş tutan layihə elə kağız üzərində də qalıb. Hətta o qədər unudulub ki, layihədə iştirak edəcək ölkələrin ölkəmizdəki səfirliklərinin heç birində nə layihəni xatırlayan, nə də bununla bağlı suala cavab verən tapılıb.
Amma deyəsən, Avropa və Asiyadan keçən tarixi ticarət yoluna gələcəkdə turistlərin cəlbi, ümumən layihənin reallaşması istiqamətində işlərin həyata keçməsi üçün ölkəmizdə aidiyyəti qurumlar yenidən hərəkətə keçiblər. Hər halda, mövzu ilə bağlı araşdırmalarımız bunu deməyə əsas verir.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Dövlət Turizm Agentliyinin layihənin reallaşması istiqamətində həyata keçirdiyi işlərlə bağlı sorğumuza verdiyi cavabda işıq ucu hiss olunur. Belə ki, Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədi ilə qurum tərəfindən konsepsiya hazırlanıb.
Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, Bakıda və regionlarda İpək Yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların, sənətkarlıq sərgilərinin keçirilməsi nəzərdə tutulur:
"Konsepsiyada dünya ölkələrinin oxşar və ortaq İpək Yolu irsi, turizm strategiyaları araşdırılaraq qədim İpək Yoluna xas fəaliyyətlərin canlandırılması, bu sahəni nümayiş etdirən müasir muzeylərin yaradılması, qədim emalatxanaların bərpası ilə bağlı təkliflər yer alıb. Sənəddə həmçinin Azərbaycanda İpək Yolu maddi və qeyri-maddi mədəni irsini əhatə edən beş istiqamət üzrə turizm marşrutlarının işlənilməsi, bu marşrutlar üzərində tarixi abidələrin (türbələr, hamamlar, məscidlər, körpülər və s.) bərpası nəzərdə tutulub".
Agentliyin məlumatına görə, ötən ilin iyun ayında Dövlət Turizm Agentliyi ilə UNESCO arasında İpək Yolunun turizm potensialının birgə öyrənilməsi üzrə əməkdaşlıq haqqında niyyət sənədi də imzalanıb:
"Niyyət sənədi İpək Yolu üzərində turizm perspektivlərinin araşdırılması və bu istiqamətdə həyata keçiriləcək gələcək layihənin detallarının işlənib hazırlanmasını ehtiva edir. Layihə çərçivəsində Azərbaycanda İpək Yolu ilə bağlı genişmiqyaslı beynəlxalq tədbirin keçirilməsi də planlaşdırılır".
İpək Yolu üzərində turizm perspektivləri - Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədr müavini Əhməd Qurbanov da qeyd edib ki, Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolunun yenidən bərpası, bu ideyanın perspektiv və imkanlarının gerçəkləşdirilməsi işinə UNESCO-nun himayəsi ilə beynəlxalq komissiya hələ 1988-ci ildə başlayıb. Belə ki, məqsədyönlü işlərin nəticəsi olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci ilin sentyabr ayında Bakıda Böyük İpək Yolunun bərpa edilməsinə dair beynəlxalq konfransın keçirilməsi qərara alınıb. Bu konfrans regionun nəqliyyat infrastrukturunun inkişafına böyük və çoxşaxəli təkan verib:
"Layihənin davamı olaraq Türkdilli ölkələrin dövlət başçılarının 2015-ci ilin sentyabr ayında Astanada keçirilən Zirvə görüşündə əldə edilən razılığa görə dörd ölkə – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan birlikdə layihə olaraq "Türk Şurası İpək Yolu Ortaq Turizm" paketi qəbul edib".
Turizmçinin sözlərinə görə, türkdilli ölkələrin mədəni irsini təbliğ edən bu layihənin icrasına 2017-ci ildən başlanıb və işlər davam edir:
"Həyata keçirilən layihədə paketin ilkin versiyası 14 günlük nəzərdə tutulub. Turizmdə bu tip layihələrin olması beynəlxalq və regional olaraq ölkələrə turist axınının sürətlənməsinə böyük təkan verir".
Ə.Qurbanov layihənin reallaşmasının yubanmasının əsas səbəbini pandemiya ilə əlaqələndirir:
"Pandemiya layihənin həyata keçirilməsinə mane oldu. Ümumiyyətlə, üç il ərzində pandemiya həm ölkədə, həm qlobal olaraq dünyada turizmə mənfi təsir göstərdi. Bu baxımdan, biz də turizm sahəsində müəyyən işlərdə ləngimələr müşahidə edirik. Hazırda bu layihənin üzərində işləyərək onun daha da inkişafına nail olmaq nəzərdə tutulub".
Turizmçi hesab edir ki, bu marşrut gələcəkdə ölkə turizminin inkişafına böyük imkanlar yaradacaq:
"Həmçinin, sərhədaşırı turizm növü turizmdə çox populyar sahədir. Bu vaxta qədər də Gürcüstanla sərhədaşırı turizmin inkişafını, bu tip turların turistlərə nə qədər cəlbedici olduğunu müşahidə edirik. Bu baxımdan, bu layihənin gələcəyinə ümidim böyükdür".
Ə.Qurbanovun fikrincə, işğaldan azad edilmiş rayonlarımızda məskunlaşma olandan, Zəngəzur dəhlizinin açılmasından sonra "Müasir İpək Yolu" mədəni turu daha böyük vüsət alacaq və ölkəmizin bu layihədə nə qədər vacib mövqedə olduğunun şahidi olacağıq:
"Azərbaycan Şərqlə Qərb arasında birləşdirici mövqeyə malik olacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin böyük rolu vardır. Ölkəmizin bu layihədə açar mövqedə olduğunu görürük. Həm assosiasiya, həm dövlət qurumları olaraq bu mövqenin daha da möhkəmləndirilməsi üçün var gücümüzlə çalışıb töhfələrimizi verməliyik". / oxu.az

Turizm     Baxılıb: 346   Tarix: 12 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri ən son xəbər xeberler bu qun xeberlər