"İpotekaya verilən kirayə mənzildə faiz aşağı olsa da, məbləğ yenə də əlçatan deyil" - Ekspert

Bir müddət idi ki, minlərlə vətəndaş kirayə yolu ilə mənzil sahibi olmağı gözləyirdi. Lakin bu prosesə bir neçə ildir ki, başlansa da, demək olar ki, layihə gözlənilən kimi özünü doğrultmadı. İlkin fərq özünü mənzillərin qiymətində göstərdi. Belə ki, kirayə yolu ilə satılan mənzilər ancaq 2013-cü ildən sonra inşa edilmiş binalardan olmalı idi. Üstəlik, İpoteka və Kredit Zəmanət Fondunun xərcləri də bu məbləğin üzərinə əlavə edilir. Eyni ölçüdə, eyni ünvanda olan mənzili dövlətin iki layihəsindən biri ilə əldə etdikdə arada kəskin fərq yaranır. Başqa sözlə, kirayə yolu ilə evə sahib olmaq ipoteka ilə mənzil almaqdan hədsiz baha başa gəlir.
KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, indiyədək mindən çox vətəndaşımız kirayə yolu ilə mənzillərdən yararlana bilib. Ekspertin sözlərinə görə, bu layihənin həm müsbət, həm də mənfi tərəfi var: "Yaxşı tərəfi odur ki, bu layihədən mənzil almaq üçün şərtlər münasibdir. Yəni, vacib deyil ki, sənin Azərbaycanda rəsmi iş yerin olsun. Hətta, ailədə bir neçə nəfər işləyirsə, adam kiçik ticarətlə məşğuldursa, VÖEN-lə vergi ödəyicisidirsə, yaxud da ki, xarici ölkədə bir qohumu yaşayırsa və rəsmi işləyirsə, pul göndərirsə, o belə kifayət edir ki, belə layihədən mənzil ala biləsən. Amma, ümumən biz dünya praktikasını götürsək,  tutaq ki, inkişaf etmiş ölkələrdə daşınmaz əmlak üçün verilən kreditlər təxminən 2 faizdir. Ancaq bizdə bu faizlər yüksəkdir. Bu niyə xarici ölkələrdə belə olur? Çünki dövlət bu layihələrə ipoteka ayırır ki, həm əmlak, tikinti sektoru inkişaf etsin, həm də insanlarda bu sahəyə maraq yaransın. Digər tərəfdən isə bir vətəndaş mənzil alır və o, mənzilin içini doldurmalıdır. Mebellərlə, əşyalarla, elektortexnikalarla və s. Yəni, mənzillər nə qədər çox satılsa, həmin ərazi üzrə bir sıra məişət-texnika mağazaları işlək vəziyyətdə olacaq. Amma, əmlak bazarı çökdükdə bu sahənin hamısı çökür. Elementar pandemiya dövründə bilirsiniz ki, toylar dayandı. Çünki ev alanların müəyyən hissəsi həm də yeni ailə quranlar idi. Hansısa formada və ya kreditlə mənzil alırdılar. Alqı-satqılar tamamilə dayandı deyə, sırf əmlakla bağlılığı olan bütün sahələr demək olar ki, çökmüşdü".
Ekspert bildirib ki, kirayə mənzilində faizlər  aşağı olsa da, yenə mənzili alan şəxsə qiymət baha başa gəlir: "Düzdür, bu, 4 faiz olsa da, yenə də hər kəs üçün əlçatan deyil. Çünki mənzili 25 ilə verirlər. Bu, o deməkdir ki, 4 faiz olsa belə mənzilin qiyməti qədər yenə də banka pul ödənilir. Çox insanlar var ki, onlar haradasa günə muzd işləyirlər və ipotekaya mənzil almaq istəyərkən, rəsmi sənəd göstərə bilmirlər. Ancaq bu adamlar illərdir ki, kirayədə yaşayırlar və bu tip layihələr onlar üçün əlçatan deyil. Hesab edirəm ki, bu sahədə elə mexanizmlər tətbiq olunmalıdır ki, orada sıravi vətəndaşlar da düşünülsün. Həmçinin, burada qiymətlər o formada tənzimləməlidir ki, onlar kirayə pulunu rahat ödəyə bilsinlər. Başqa bir tərəfdən baxsaq, bizdə mənzillər üzrə müqavilələr çox az sayda bağlanır. Tutaq ki, 100-ə 5 faiz. Digər 90-95 faiz verilən kirayə mənzillərlə müqavilə bağlanılmadığına görə, onlar vergiyə cəlb olunmurlar və vergisini ödəmirlər. Amma insanlar var ki, uzun illərdir ki, kirayədə qalırlar və stabil kirayə pulu verirlər. Lakin rəsmi gəlir göstərə bilmədiyinə görə, bu layihədən yararlana bilmirlər. Yəni, kirayələr üzərindən maarifləndirmə işləri aparmaq lazımdır və insanlara hansısa formada diktə olunmalıdır ki, vətəndaş sən müqaviləni rəsmi bağla. İki il gecikmə olmadan və rəsmi iş yerin tələb olunmadan da, sən 2-3 il standart pulunu ödəsən də bu layihədən yararlana bilərsən".
Müsahibimiz yalnız rəsmi iş yeri olanlara ipotekanın verilməsinin bir o qədər düzgün olmadığını hesab edir: "Bilirik ki, ipotekalar daha çox rəsmi iş yeri olanlara üstünlük verilir. 2015-16-cı illərdə devalvasiya oldu, dolların qiyməti qalxdı. Çoxsaylı bank filialları bağlandı. İpotekaları daha çox banklar öz işçilərinə ayırırdığına görə, banklar bağlananda yüzlərlə bank işçisi qaldı işsiz və həmin dövrdə ən çox problemli ipoteka kreditləri yarandı. Yəni, bir insanın rəsmi işləməsi, o demək deyil ki, o adam orada daimi işləyəcək. Ümumən, mən düşünürəm ki, insanlar arasında seçim qoymaq lazım deyil. Heç bir gəliri olmayan insanın ev alması çətindir, çünki bank özü də pulu satır. Yəni, bank pulu götürür özü aşağı faizə və yuxarı faizə vətəndaşa satır ki, pul qazansın. Onun da hər hansısa orada bir qarantisi olmalıdır. Bankın ən böyük qarantisi elə həmin evdir ki, pulu ödənilib qurtarana qədər bankda girov qalır. Vətəndaş onu ödəyə bilməsə çıxardıb satır və öz pulunu götürür. Bu baxımdan mexanizmlər daha da sadələşməlidir ki, insanların ev problemi aradan qaldırılsın".
Ekspert bildirib ki, bu gün Azərbaycan  iqtisadiyyatının böyük bir hissəsi tikinti, əmlak sektorundan asılıdır: "Bir bina tikiləndə ən azından bununla bağlı bütün sahələr işləyir. Hər bir binada təxminən min mənzil varsa, təsəvvür edin onun təmiri yeni bazardan alınır və onun orta formada təmirinə təxminən 30 min manat gedirsə, bu artıq milyonlarla pulun bazarda dövriyyə etməsidir. Buna görə də, bu gün bu sahəni axsatmaq yox, daha da inkişaf etdirmək lazımdır. Lakin təəssüf ki, bunu görmürük. Bir faktı da deyim ki, bu yaxınlarda İpoteka Fondu belə bir məlumat yaymışdı ki, ipotekaların 93 faizi bina evlərinə, 7 faizi isə həyət evlərinə verilib. Burada sual yaranır. Niyə insanların həyət evlərinə marağı yoxdurmu? Əslində həyət evlərinə maraq daha çoxdur. Çünki güzəştli ipotekaya verilir maksimum 100 min manat,  8 faizli ipotekaya verilir 150 min manat. Amma bu gün köhnə 5 mərtəbəli binalar ipotekaya verilmir və əksər insanlar məcburi yeni bina alır. Tam mərkəzdə olmayan təmirli, çıxarışlı bir otaqlı mənzillərin qiyməti vətəndaşa 100 min manata başa gəlir. Vətəndaş məcbur olub, 25 ilə pul ödəyir. Gənc ailələr uşaq sahibi olduqdan sonra onlara mənzillərini genişləndirmək lazımdır. Onlar həyət evləri ala bilmirlər. Niyə? Çünki çıxarışı yoxdur. Tək paytaxtda 500 mindən çox çıxarışsız mənzillər var ki, bunlar da ipotekaya çevrilə bilmir, sığortala bilmirlər. Həyət evləri vətəndaşlar üçün daha sərfəlidir, çünki onlar 4-5 otaqlıdır. Lakin bu sahədəki problem ipoteka sahəsində öz problemlərini vətəndaşlarımıza yaşadır".
Ekspert qiymətləndirmə zamanı konsaltinq şirkətinə çəkilən xərcləri və digər məsrəfləri vətəndaşlardan çıxılması məsələsinə də aydınlıq gətirib: "8 faizli ipoteka ilə mənzil alanda fondun balansına qəbul olunmuş şirkətlər var ki, bir sıra məsrəflər həmin şirkətlər tərəfindən qiymətləndirilir, amma mənzillərin kirayə ilə satılması mexanizmində qiymətləndirmə fond tərəfindən aparılır".

Sosial       Tarix: 20 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri valyuta mezennesi 2026 ən son xəbərlər ən son xəbər