İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib.
KONKRET.azxəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb.
"Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", – Bəqai bildirib.
O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: "Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır".
O xatırladıb ki, İran tərəfindən özünümüdafiə hüququnun həyata keçirilməsi bütün regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsi üçün zəruri addımdır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir