İran ABŞ blokadasını belə yarır: Supertankerlər hərəkətə keçdi
ABŞ-ın tətbiq etdiyi blokadaya baxmayaraq, İranın Xark adasındakı terminalında supertankerlərə neft yüklənməsi prosesi davam edir. Avropa İttifaqının "Sentinel-1" peykindən bazar ertəsi günü əldə edilən görüntülər adadakı yanalma körpüsünə təxminən 2 milyon barel neft daşıma qabiliyyətinə malik nəhəng bir tankerin yan aldığını təsdiqləyib. Halbuki, şənbə günü çəkilmiş əvvəlki fotolarda terminalda hər hansı bir gəmi müşahidə olunmurdu.
KONKRET.azxəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, ABŞ-ın bu addımları tankerlərin hərəkəti tam məhdudlaşdırılacağı təqdirdə İranda neft hasilatının azalmasına səbəb ola bilər. "JPMorgan Chase & Co." analitiklərinin fikrincə, mövcud vəziyyət ticarət dövriyyəsini təkcə maliyyə baxımından deyil, həm də mexaniki olaraq məhdudlaşdıracaq və gələcəkdə rəsmi Tehranı hasilatı aşağı salmağa məcbur edəcək.
Buna baxmayaraq, prosesin qısa müddətdə ciddi təsir göstərməyəcəyi proqnozlaşdırılır. "FGE NexantECA"nın qeydlərində bildirilir ki, İranın 90 milyon barellik anbar ehtiyatları var. Bu isə o deməkdir ki, ABŞ-ın blokadası ixracı tam dayandırsa belə, ölkə gündəlik 3,5 milyon barel olan hasilat səviyyəsini daha iki ay ərzində qoruyub saxlaya biləcək.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK