İran ABŞ-dan 6 milyard dollar ALACAQ
ABŞ və İran əsirlərin mübadiləsinə dair "beş-beş" formatında razılığa gəlib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, mübadilə çərçivəsində Tehran 6 milyard dollar alacaq və bu pulu humanitar əməliyyatlara xərcləyəcək.
Eyni zamanda, ABŞ hökuməti İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etmək niyyətində deyil.
Razılaşmaya əsasən, ABŞ həbsxanasında saxlanılan 5 İran vətəndaşı da azadlığa buraxılacaq. Dörd ABŞ vətəndaşı isə artıq İran həbsxanasından azad edilib.
Məlumata görə, daha bir amerikalı ev dustaqlığına buraxılıb.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil:
Entoni Blinken
"İran heç bir halda sanksiyalardan azad olmayacaq. Biz sanksiyaları gücləndirməyə, İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinə qarşı durmağa davam edəcəyik".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, İrana vəd edilən 6 milyard dollar xüsusi yaradılmış hesablardan ödəniləcək:
Con Kirbi
"Bu, əvvəlki administrasiya tərəfindən yaradılmış hesablar sisteminin bir hissəsidir ki, bəzi ölkələr sanksiyalara məruz qalmayan İran mallarını idxal edə bilsin və iranlılar humanitar məqsədlər üçün bu hesablardan vəsait çıxara bilsinlər".
Qeyd edək ki, ABŞ və İran iyun ayından bəri məhbus mübadiləsini müzakirə edir. Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi iddia edib ki, yaxın gələcəkdə İran Vaşinqtonun sanksiyalarından sonra itirdiyi xarici hesablardakı vəsaitlərinə çıxışı bərpa edə bilər. Nazirin sözlərinə görə, bunun üçün tapşırığın icrası prosedurunu və qrafikini razılaşdırmaq lazımdır.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi