İran çıxılmaz vəziyyətə düşüb? - Pezeşkian xalqa səsləndi

İran çıxılmaz vəziyyətə düşüb? - Pezeşkian xalqa səsləndiİran Prezidenti Məsud Pezeşkian xalqa son müraciətində ilk günlərdə haqlı tələblər irəli sürən etirazçı dükan sahibləriylə hazırki etirazçıları fərqləndirib.
KONKRET.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bunu  "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
"Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb: "Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək". Doğrusu, dükan sahiblərinin həmin görüşdən və verilən vədlərdən razı qaldıqlarına dair məlumat yoxdur. Bir də ki, bu gün vəd verib, sabah həmin vəd yerinə yetirilməyəcəksə, rial sürətlə dəyərdən düşməkdə davam edəcəksə, dükan sahibləri və digər sahibkarları yenə etiraz edəcəklər. Çünki, vəd verməklə deyil, İran indiki siyasətlə sanksiyalardan qurtula bilməyəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatını dərin problemləri həll olunmayacaq" – politoloq əlavə edib.

Elxan Şahinoğlu bildirib ki, Məsud Pezeşkian müraciətinin ikinci hissəsində düşmənlərin mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd etdiyini vurğulayıb:
"Dövlət başçısı silahlı şəxslərin şəhərləri qarışdırdıqlarını və onların İrana aid olmadığını vurğulayıb. Prezident vəziyyədən çıxış yolu kimi bunları deyib: "Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil".
Ali dini lider iğtişaşları törədənlərə qarşı kəskin mübarizə aparılmasını tələb edib, başqa sözlə onların öldürülməsi təlimatını verib. Prezident isə valideynləri övladlarını iğtişaşçılardan uzaq tutulmasına səsləyib. Nə ali dini lider, nə də Prezident bu çağırışlarla dərinləşən münaqişəni həll edəcəklər. Prezident ailələrdən xahiş edib ki, övladlarına nəzarət etsinlər. Bu Prezident səviyyəsində həm də onun etirafıdır ki, ölkə gəncləri etirazlarda fəal rol oynayırlar. Bəs Prezident morqlarda övladlarını axtaran valideynləri necə sakitləşdirəcək? Görəsən Prezident internetin kəsilməsiylə öldürülənlərin sayının artması barədə nə düşünür?"

Siyasi       Tarix: 11 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag