İran danışıqlardan ÇƏKİLDİ: "ABŞ-ın iddiaları media oyunudur"
İslamabadda ABŞ ilə keçiriləcək ikinci raund danışıqlar barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. İranın İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, hazırkı şəraitdə məhsuldar danışıqlar üçün aydın perspektivlər görünmür.
KONKRET.az xəbər verir ki, agentliyin mənbəsi danışıqlarda irəliləyişin olmamasına səbəb kimi ABŞ-ın qeyri-real tələblərini və atəşkəs rejiminin pozulması hesab edilən dəniz blokadasının davam etdirilməsini göstərib. Məlumatda bildirilir ki, Vaşinqtonun tez-tez mövqe dəyişməsi, ziddiyyətli bəyanatları və təhdid dolu ritorikası diplomatik prosesə mane olan əsas amillərdir.
Mənbə həmçinin ABŞ mediasında danışıqlarla bağlı yayılan xəbərləri İrana təzyiq göstərmək məqsədi daşıyan "media oyunu" və "ittiham oyunu" adlandırıb. Rəsmi Tehran bu cür nəşrlərin reallıqdan uzaq olduğunu vurğulayıb.
Natiq Səlim,
KONKRET.az

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK