"İran Ermənistanın sərhədlərini qoruya bilməyəcək" - Torosyan
"Ermənistanın dəyişəcək xarici siyasət kursu yoxdur. Yalnız təsadüfi, əsassız addımlar atılır"
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş spikeri, politoloq Tiqran Torosyan deyib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında şifahi atışma onu göstərir ki, diplomatik iş aparılmır.
"Kimsə Rusiyanın özünü kənara çəkdiyini düşünürsə, yanılır. Əgər Ermənistan öz problemlərinin həlli baxımından özünə təminat yaratmayıbsa, deməli, onun beynəlxalq münasibətlərdə özünü aparması yolverilməzdir".
Ekspert qeyd edib ki, əgər Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun Bakı ilə sülhdən danışaraq etdiklərini davam etdirsə, o zaman İran Ermənistanın sərhədlərini qoruya bilməyəcək:
"Ermənistan öz sərhədlərini qorumasa, İran bunu etməyəcək", – deyə Torosyan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ