İran-İsrail müharibəsi qapıda: 2026-da ilk hücumu kim edəcək?

İran-İsrail müharibəsi qapıda: 2026-da ilk hücumu kim edəcək?İran–İsrail xəttində gərginliyin yenidən açıq müharibəyə çevrilməsi ehtimalı müzakirə mövzusu olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahu İranın Fordo nüvə obyektinin məhv edilməsindən sonra Tehranın nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışdığını bəyan edib. Bəs, İran–İsrail xəttində yenidən açıq müharibə ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, İran açıq şəkildə nüvə fəaliyyətini öz dövlət maraqları çərçivəsində apardığını bəyan edir və rəsmi olaraq nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayır. Lakin onun sözlərinə görə, nüvə fəaliyyəti ilə məşğul olan istənilən ölkənin yekun hədəfinin silah əldə etmək olduğu beynəlxalq aləmdə hamıya məlumdur.
Tural Abbaslı qeyd edib ki, bu amil İsrailin mütəmadi olaraq İranı nüvə silahı istehsalında ittiham etməsi, onun ərazilərini bombalaması və ya təxribatlar həyata keçirməsi üçün əsas ola bilməz:
"İran–İsrail qarşıdurması mövcuddur və bu, 12 günlük müharibə zamanı pik həddə çatdı. Bütün dünya gördü ki, tərəflərin bəyan etdiyi kimi bir-birini tam məhv etmək ssenarisi reallaşmadı. Sonradan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu."
İran-İsrail müharibəsi qapıda: 2026-da ilk hücumu kim edəcək?Partiya sədri bildirib ki, daha sonra məlum oldu ki, obyektlərin vurulması müəyyən koordinasiya çərçivəsində baş verib və ABŞ bu prosesdən məlumatlı olub. Onun fikrincə, qarşıdurma istənilən anda yenidən alovlana bilər, lakin münaqişəni yalnız İranın nüvə silahı əldə etmək niyyəti ilə izah etmək doğru olmaz.
"Burada həm İran rejiminin daxili problemlərdən diqqəti yayındırmaq və öz mövqeyini qorumaq maraqları, həm də Netanyahunun siyasi vəziyyəti rol oynayır. Qəzzada aparılan hərbi əməliyyatlardan sonra İsraildə daxili siyasi durum o qədər də ürəkaçan deyil. Netanyahu üçün də ümumi düşmən obrazının formalaşması sərfəlidir," – deyə Abbaslı vurğulayıb.
Onun sözlərinə görə, məsələ təkcə İran–İsrail münasibətlərindən ibarət deyil, daha geniş geosiyasi maraqların toqquşmasıdır. Açıq müharibə ehtimalı qalmaqda davam etsə də, bunun yaxın zamanda baş verməsi real görünmür.
"Bu məsələdə qərarı yalnız İran və İsrail vermir. ABŞ-ın birbaşa rolu və təsiri var. Xüsusilə, Donald Trampın mövqeyi həlledici ola bilər. Ona görə də hazırkı mərhələdə gözləmə mövqeyi üstünlük təşkil edir," – Tural Abbaslı əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 01 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat krimnal xeber cəbhədən xəbərlər sonxeber