İran İsrailə görə COP-28-də iştirakdan imtina etdi - KİV
İranın energetika naziri Əli Əkbər Mehrabiyanın başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında iştirakdan etməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, buna səbəb İsrailin də həmin tədbirdə iştirakı olub.
Nazir qeyd edib ki, konfransda iştirak etmək üçün BƏƏ-yə yollanıb və iştirakçı ölkələrin liderləri ilə Fələstin məsələsini müzakirə etməyi planlaşdırıb.
Lakin Dubaya çatandan sonra İran nümayəndə heyətinə məlumat verilib ki, İsrail prezidenti və onu müşayiət edən nümayəndə heyəti konfransa gəliblər. Bundan sonra İran etiraz olaraq tədbirdə iştirakdan imtina edib.
Mehrabiyanın sözlərinə görə, İsrail nümayəndə heyətinin konfransda iştirakı onlar üçün çox böyük reputasiya riski daşıyır.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda