"İran narkotik biznesinin əsas ixrac yolunu itirmək istəmir" - Zəngəzur dəhlizinə buna görə razı deyil?

Son günlər İran və Rusiya arasında gərginlik yaranıb. Tehran Rusiyanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsini doğru hesab etmir. İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və istənilən geosiyasi yeniliklərə qarşı olduğunu bəyan edib. 
Tehranın Zəngəzur dəhlizinə "qırmızı xətt"i kimi baxdığını xatırladan politoloq Turan Rzayev KONKRET.az-a açıqlamasında prezidentin dəyişməsinə baxmayaraq, İranın xarici siyasətində ciddi korrektələr edilmədiyini deyib:
"Tehran Zəngəzur dəhlizinə yenə "qırmızı xətt"i kimi baxır. Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu "qırmızı xətt" təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə qarşı çəkilib. Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni 10 Noyabr bəyanatında hər hansı ərazi ilhaqından deyil, maneəsiz hərəkətin təmin olunmasından bəhs olunur".
Politoloq İranın narkotik biznesinin əsas ixrac yolunu itirmək istəmədiyini düşünür:
"İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindəndir. Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları minimum səviyyədədir. Bəzi məhsulların keçidi isə yoxlanışsız və ödənişsizdir. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır. İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi isə həmin biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, burada nəzarəti Rusiya edəcək. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil".
Politoloq onu da vurğulayıb ki, "3+3" formatında nəzərdə tutulmuş iclas, eləcə də İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü Kremlin təklifidir:
"Moskva İranın narahatlığını bilir və anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə belə bir görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni tərəflərin maraqları nəzərə alınaraq dəhlizin açılması mümkündür".
Aygün Mirakif,
KONKRET.az

Siyasi       Tarix: 10 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler